Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



TDƏŞ-in VII Zirvə görüşü çərçivəsində keçirilən biznes forumda 14 sənəd imzalanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forum çərçivəsində 14 memorandum, protokol və müqavilə imzalanıb.

Dərc edilib: 14 oktyabr 2019 [17:07]
Baxış sayı: 1792

İnterpress.az-ın məlumatına görə, tədbir zamanı Azərbaycanın “Azərmaş” şirkəti ilə Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandumu imzalanıb.

Eyni zamanda, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Türkiyəyə Odalar və Borsalar Birliyi arasında, ASK ilə Macarıstan Ticarət və Sənaye Palatası arasında, ASK ilə Qazaxıstanın Sahibkarlar Milli Palatası arasında, həmçinin, ASK ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumlar imzalanacaq.


Bundan başqa, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Macarıstanın İxracın Təşviqi Agentliyi arasında da anlaşma memorandumu imzalanıb.

Əməkdaşlığa dair kredit müqaviləsi isə “Ziraat Bank Azərbaycan” ilə “Türkiye İhracat  Bankası” arasında imzalanıb.

Bununla yanaşı, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Ziraat Bank Azərbaycan” və “Türkiye İhraca Bankası” ilə əməkdaşlığa dair niyyət protokolu, KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi arasında isə anlaşma memorandumu imzalanıb.

Həmçinin, KOBİA Türk Katılım Bankları Birliyi və Özbəkistanın Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi ilə anlaşma memorandumları imzalayıb.

Bundan başqa, Özbəkistan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlüyünə dair protokol imzalanıb.

Sonda Macarıstan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında müşahidəçi statusuna dair protokol imzalanıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201