Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xızıda piyadanı maşın vurub öldürdü

Ötən gün piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dərc edilib: 7 noyabr 2019 [11:10]
Baxış sayı: 1073

Ötən gün piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzikənd ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazinin 72-ci km-də 1985-ci il təvəllüdlü Neftçala rayon sakini Əhmədov Vüsal Cəfər oğlu Bakı istiqamətində idarə etdiyi “Hyundai” markalı, 90 HX 047 nömrəli avtomaşınla yolu keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Xızı rayon sakini Abbasov Ceyhun Ülfət oğlunu vurub.


C.Abbasov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201