Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ötən ay nikaha daxil olmaq istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb

Bu ilin 10 ayı ərzində nikaha daxil olmaq üçün 116263 nəfər müayinədən keçib.

Dərc edilib: 7 noyabr 2019 [11:33]
Baxış sayı: 1261

Bu ilin 10 ayı ərzində nikaha daxil olmaq üçün 116263 nəfər müayinədən keçib.

Bunu  Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Direktorun sözlərinə görə, onlardan 3018 nəfərdə talassemiya daşıyıcılığı, 251 nəfərdə sifilis, 126 şəxsdə isə QİÇS aşkarlanıb:

"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 39 olub.

Təkcə oktyabr ayı ərzində isə 12645 nəfərdə müayinə aparılıb. Müayinədən keçən 365 nəfərdə talassemiya daşıyıcılığı, 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 5 olub".

Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 616076 nəfərdə qan müayinəsi aparılıb: “21253 cütlükdən birində talassemiya daşıyıcılığı, 228 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1979 nəfərdə sifilis, 581 nəfərdə HİV(QİÇS) qeydə alınıb".






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201