Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Könül Nurullayevanın seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatıldı — FOTOLAR

Könül Nurullayevanın seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatılıb.

Dərc edilib: 24 yanvar 2020 [14:33]
Baxış sayı: 34490

Dəyərli seçicilərim! Əziz dostlarım!

Bu gözəl gündə seçki qərargahımın üzvləri ilə Keşlə kənd məscidini ziyarət etdik. Çünki hər bir nəcib işə başlarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq çox vacibdir.

Bilirsiniz ki, son 15 ildə Nizami 1-ci seçki dairəsinin deputatı SOCAR Prezidenti hörmətli Rövnəq Abdullayev olmuşdur.

Rövnəq müəllimin deputat olaraq bu dairədə gördüyü işlərin sayı və keyfiyyəti olduqca böyükdür.

Ona görə də təşviqata başlarkən onun da dəstəyini almaq mənim üçün çox vacib idi. Rövnəq müəllimdən xahiş etdim ki, bu gözəl gündə Keşlə məscidini birgə ziyarət edək, kənd ağsaqqalları ilə görüşək.

Keşlədə çox səmimi keçən görüşdə Azərbaycanımızın Prezidenti Cənab İlham Əliyevin və 1-ci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən böyük islahatlardan danışdıq.

Qəsəbə sakinlərinin suallarını dinlədik. Sakinlər onları düşündürən problemlərə toxundular və onların həlli ilə bağlı qarşıda duran məsələləri qaldırdılar.

Qaldırılan bütün məsələlərin həllinin daima diqqətimdə olacağına söz verdim.

Görüşlərimiz davamlı olacaq və seçki dairəmizin hər məntəqəsini əhatə edəcək.


Könül Nurullayeva

Könül Nurullayevanın seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatıldı — FOTOLAR

Könül Nurullayevanın seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatıldı — FOTOLAR

Könül Nurullayevanın seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatıldı — FOTOLAR

Könül Nurullayevanın seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatıldı — FOTOLAR

Könül Nurullayevanın seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatıldı — FOTOLAR






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 228