Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“MediClub” klinikasında koronavirus xəstəsinin ölümü barədə şayiələr təkzib edildi

Son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar məsuliyyətsiz vətəndaşlar tərəfindən müxtəlif şayiələr və təşviş əhval-ruhiyyəsi yayılır.

Dərc edilib: 25 mart 2020 [13:31]
Baxış sayı: 6872

Son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar məsuliyyətsiz vətəndaşlar tərəfindən müxtəlif şayiələr və təşviş əhval-ruhiyyəsi yayılır.

“MediClub” xəstəxanasının stasionar şöbəsində koronavirusdan xəstənin ölməsi ilə bağlı şayiələr dezinformasiyadır və heç bir əsası yoxdur.

Klinikadan verilən məlumata görə, koronavirus xəstələrinin həm müalicəsi, həm də laborator diaqnostikası yalnız dövlət strukturları tərəfindən həyata keçirilir:

“Buna Nazirlər Kabineti yanında operativ qərargah, eləcə də Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən çox ciddi şəkildə nəzarət edilir. Koronavirusa yoluxmuş xəstənin ölümü ilə bağlı informasiya həqiqəti əks etdirmir. Üstəlik, özəl klinikada belə bir vəziyyət prinsipcə mümkün deyil”.

Xatırladaq ki, koronavirusla bağlı yalan informasiyanın yayılması Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində ciddi cəzalandırılır.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249