Dərc edilib: 28-01-2019

https://www.interpress.az/111370-.html

“Qarabağ” - “Neftçi” oyunu sükutla başlayacaq

28.01.2019 14:34:00

İdman
Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq.Bu barədə İnterpress.az-a Ağdam klubundan məlumat verilib.Buna səbəb “Qarabağ” klubunun təsisçilərindən biri olmuş Adil Nadirovun dünyasını dəyişməsidir.Klubdan bildirilib ki, oyun fevralın 3-də olsa da, bir dəqiqəlik sükut üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.Qeyd edilir ki, A.Nadirovun mədə-bağırsaq sistemində narahatçılığı olub. Onun həmçinin ürək nahiyəsindən şikayətləndiyi və tez-tez xəstəxanaya getdiyi bildirilib.İnterpress.az

İnter Press səhifəsindən çap edilib