Dərc edilib: 25-03-2019

https://www.interpress.az/114739-.html

Afrika Millətlər Kubokunun bütün iştirakçıları müəyyənləşib

25.03.2019 11:58:55

İdman
İnterPress.az xəbər verir ki, bununla da yarışa vəsiqə qazanan bütün komandalar müəyyənləşib. Beləliklə, turnirdə meydan sahibi Misirlə yanaşı, daha 23 yığma – Seneqal, Madaqaskar, Mərakeş, Kamerun, Mali, Burundi, Əlcəzair, Benin, Nigeriya, Cənubi Afrika Respublikası, Qana, Keniya, Zimbabve, Konqo Demokratik Respublikası, Qvineya, Kot dİvuar, Anqola, Mavritaniya, Tunis, Qvineya-Bisau, Namibiya, Uqanda və Tanzaniya mübarizə aparacaq.Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 iyun – 19 iyulda Misirdə keçiriləcək. Yarışın ən titullu komandası hesabında 7 çempionluq olan meydan sahibləridir. Turnirin sonuncu qalibi isə Kamerundur.İnterPress.az

İnter Press səhifəsindən çap edilib