Dərc edilib: 19-04-2019

https://www.interpress.az/116380-.html

"Formula 1" pilotu: "Sürətiniz varsa, Bakıda digər maşınları ötə bilərsiniz"

19.04.2019 10:52:54

İdman
İnterPress.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, hər iki sürücü Bakı trasının çətin və maraqlı olduğunu vurğulayıb. Kvyatın sözlərinə görə, Azərbaycan paytaxtında rəqibləri ötmək üçün çoxlu sayda imkan var. 25 yaşlı rusiyalı pilot əyləc məsələsində də diqqətli olmağı tövsiyyə edib: “Bakıda çətin tapşırıqları həll etməli olacağımız çox maraqlı tras mövcuddur. Orada hər şeydən bir az var, sürmək çox şənləndiricidir. Uzun birbaşa yol və çoxsaylı döngələr – bütün bunlar trası maraqlı edir və komandamıza yaxşı imkanlar verir. Divarların yaxın olması əlavə adrenalindir. Bu trasda rəqibləri keçmək üçün çoxlu sayda imkan var. Uzun birbaşa yol isə mübarizə aparmağa imkan yaradır. Çox maraqlı və çətin trasdır. Orada əyləci sıxmaq da asan deyil. Xüsusən də yüksək sürət yığandan sonra birinci döngədə çox ehtiyatlı olmaq lazımdır”.Ötən il Fransanın DAMS komandasının heyətində Bakıdakı “Formula 2” yarışının qalibi olduğunu xatırladan Albon “Formula 1”də ilk dəfə şəhər trasında mübarizə aparacağını söyləyib. 23 yaşlı tailandlı pilotun sözlərinə görə, Azərbaycan Qran-prisinin özünəməxsus xüsusiyyətləri var: “Azərbaycanda “Formula 2” yarışında çıxış etmişəm və ilk qalibiyyətimi orada almışam. Bakı səfəri ərəfəsində bunu xatırlamaq xoşdur. İlk döngəyə qədər uzun birbaşa yolu olan qeyri-adi trasdır. Köhnə şəhərdə yollar çox dardır. Təsnifat mərhələsində məhz orada vaxt udmaq lazımdır. Tras Monakodakına bənzəyir. Ancaq fəal hücum etmək olar ki, bu da xoşuma gəlir. “Formula 1”də ilk şəhər trasında çıxış edəcəyimi nəzərə almalıyam. Sürətiniz varsa, Bakıda digər maşınları ötə bilərsiniz”.Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Çin və Şanxayda, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 27 xalla 3-cüdür. Albon 3 xalla 13-cü, Kvyat isə 1 xalla 15-ci yerdədir.İnterPress.az

İnter Press səhifəsindən çap edilib