Dərc edilib: 23-04-2019

https://www.interpress.az/116620-.html

ABŞ Federal Təhqiqatlar Bürosu Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb

23.04.2019 14:16:46

Dünya
İnterPress.az xəbər verir ki, bu barədə gizliliyi yeni ləğv edilərək FTB-nın saytında yerləşdirilən sənədlərə görə, Almaniyanın nasist diktatorunun sualtı qayıqla Argentinaya gedib yerli hökumətin yüksək rütbəli rəsmilərinin köməyi ilə bu ölkənin ucqar cənub bölgəsində, dağların qoynunda özünə sığınacaq tapmaq istəyi məlum olub. O zamankı qeyddə məşhur bığlarını qırxan nasist liderin astom və xoralardan əziyyət çəkdiyi də göstərilir.1945-ci il 21 oktyabr tarixli sənədə görə, Hitlerdən başqa, Üçüncü Reyxstaqın yüksək vəzifəli daha 50 nəfəri də qaçıb gizləndiyi məlum olub. Həmin hadisələrin 1945-ci il mayın 9-da Berlinin təslim olunmasından iki həftə sonra baş verdiyi ehtimalı irəli sürülür.Məxfi məlumatların çatdırıldığı FTB-nin ilk direktoru Edqar Huverdən başqa, onlardan xəbərdar olan hərbi kəşfiyyat bu araşdırmanı natamam hesab edərək, o vaxt Hitleri axtarmamaq qərarına gəlibmiş.İnterPress.az

İnter Press səhifəsindən çap edilib