Dərc edilib: 13-05-2019

https://www.interpress.az/117778-.html

"Arsenal"ın hücumçusu: "Təəssüf ki, final oyununu iki həftədən artıq gözləməliyik"

13.05.2019 16:40:43

İdman
İnterPress.Az "Daily Mail"ə istinadən xəbər verir ki, bunu İngiltərə Premyer Liqasında 2018-2019 mövsümündə Məhəmməd Salah və Sadio Mane ilə birlikdə 22 qol vuraraq mövsümün bombardiri olan "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq deyib. 30 yaşlı hücumçu Bakıda keçiriləcək Avropa Liqasının finalı barədə də danışıb: "Təəssüf ki, biz final oyununu iki həftədən artıq gözləməliyik. Amma bu qarşılaşmaya ciddi yanaşacaq və finala hazır olacağıq".Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın rəqibi "Çelsi" olacaq. Oyun saat 23:00-da başlayacaq. İnterPress.Az

İnter Press səhifəsindən çap edilib