Dərc edilib: 22-05-2019

https://www.interpress.az/118460-.html

Azərbaycan qazının Gürcüstana ilk nəqlindən 60 il ötür

22.05.2019 17:03:52

İqtisadiyyat
İnterPress.Az xəbər verir ki, bu tarixi faktı Gürcüstanın Qaznəqletmə Şirkəti “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində xatırladıb.Azərbaycandan Gürcüstana təbii qaz 1959-cu ildə Qaradağ-Tbilisi kəməri ilə çatdırılıb. Kəmərin uzunluğu 506 km, diametri isə 500 mm olub. Həmin ilin dekabrında Tbilisidəki Navtluq qazpaylayıcı stansiyasında ilk məşəl alovlandırılıb.Qaradağ-Tbilisi kəməri Zaqafqaziyada tikilmiş ilk magistral qaz kəməridir.(report)İnterPress.Az

İnter Press səhifəsindən çap edilib