Dərc edilib: 30-05-2019

https://www.interpress.az/119061-.html

Nazir: Bu il Azərbaycanda yaradılan sənaye parkı və məhəllələrində daha 23 müəssisə fəaliyyətə başlayacaq

30.05.2019 16:44:08

İqtisadiyyat
İnterPress.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "AzərTAc"a müsahibəsində bildirib.O bildirib ki, Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir, Sabirabad Sənaye Məhəlləsində isə son tamamlama işləri aparılır, Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşıb və sahibkarlar istehsalın qurulmasına başlayıblar: “Qeyd edilən sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq”.Nazir həmçinin qeyd edib ki, indiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 8 rezident istehsala başlayacaq.Xatırladaq ki, Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır. İnterPress.Az

İnter Press səhifəsindən çap edilib