Dərc edilib: 04-06-2019

https://www.interpress.az/119369-.html

Hesablama Palatasında kollegiya iclası keçirilib

04.06.2019 17:02:53

Cəmiyyət
İnterPress.Az quruma istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:- Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması vəziyyətinin və istifadə olunmasının qanunvericiliyə uyğunluğunun təhlilinə dair;- Dövlət büdcəsindən beynəlxalq təşkilatlara üzvlük haqqı üçün ayrılan vəsaitlərin istifadəsinə dair.Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, qərarların icrası üçün aidiyyəti qurumlara onların göndərilməsinə, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara verilib. İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.İnterPress.Az

İnter Press səhifəsindən çap edilib