Dərc edilib: 04-06-2019

https://www.interpress.az/119372-.html

BMT Baş katibi Prezident İlham Əliyevə məktub göndərib

04.06.2019 17:16:02

Siyasət
İnterPress.Az-ın məlumatına görə, məktubda deyilir: "Zati-aliləri.Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. “Biz - xalqlar” şüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini və insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi və daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".İnterPress.Az

İnter Press səhifəsindən çap edilib