Dərc edilib: 12-06-2019

https://www.interpress.az/119462-.html

Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü

12.06.2019 14:05:45

Hadisə
İnterpress.az-ın məlumatına görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.Məlumatda bildirilir ki, P.Yarıyeva həmin gün Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl Qum” çimərliyində olub.Faktla bağlı araşdırma aparılır.İnterpress.az

İnter Press səhifəsindən çap edilib