Dərc edilib: 11-07-2019

https://www.interpress.az/120231-.html

Bakıda mənzildə 83 yaşlı kişinin meyiti aşkarlanıb

11.07.2019 16:07:00

Cəmiyyət
Fövqəladə Hallar Nazirliyindən (FHN) İnterpress.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumatda Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilib. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və oradan 1936-cı il təvəllüdlü Atmoqolov Qeyfulla İdayatullayeviçin meyitini aşkarlayıb. Meyit aidiyyəti üzrə təhvil verilib.İnterpress.az

İnter Press səhifəsindən çap edilib