Dərc edilib: 12-07-2019

https://www.interpress.az/120306-.html

Yeniyetmə və gənc güləşçilər üçün seminar keçirilib

12.07.2019 17:19:00

İdman
Federasiyadan İnterpress.az-a bildiriblər ki, əməkdaşlıq çərçivəsində AMADA-nın əməkdaşları güləşçilər üçün mütəmadi qaydada maarifləndirici seminarlar təşkil edirlər. Belə tədbirlərdən biri Olimpiya Güləş Mərkəzində baş tutub.AMADA-nın təhsil və təlim, eləcə də tibb və elm menecerləri Lalə Hacıyeva və Leyla Qabulovanın keçdikləri seminarda yeniyetmə və gənc güləşçilərə dopinqə qarşı mübarizə, məkan məlumatları, istifadəsi qadağan olunmuş preparatlarla bağlı məlumat verilib, bukletlər paylanıb.Sonra güləşçilərin mövzu ilə bağlı sualları cavablandırılıb, belə seminarların gələcəkdə də təşkilinin əhəmiyyəti vurğulanıb.İnterpress.az

İnter Press səhifəsindən çap edilib