Dərc edilib: 20-07-2019

https://www.interpress.az/120771-.html

Putini efirdə təhqir edən jurnalist işdən azad olunmayacaq

20.07.2019 19:34:00

Dünya
İnterpress.az-ın məlumatına görə, bu barədə kanalın yeni baş direktoru Paata Salia jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinəg görə, G.Qabunia ilə bağlı qəbul olunmuş iki aylıq məhdudiyyət başa çatandan sonra jurnalist “Rustavi 2”də işini davam etdirəcək.Kanal əməkdaşının fəaliyyətinin məhdudlaşdırılması barədə qərara yenidən baxılmasına gəlincə, P.Salia bu məsələnin müzakirəsinə əsasın olmadığını deyib: “Hesab edirəm ki, Giorgi Qabunia ilə bağlı qəbul edilən qərarla bağlı cəmiyyətdə böyük konsensus olub”.Qeyd edək ki, G.Qabunia iyulun 7-də aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti V. Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstan cəmiyyətində ciddi narazılıqlara səbəb olub. “Rustavi 2” kanal rəhbərliyinin 8 iyul tarixli qərarı ilə jurnalist iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.İnterpress.az

İnter Press səhifəsindən çap edilib