Dərc edilib: 10-08-2019

https://www.interpress.az/121709-.html

Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Park” baleti nümayiş etdiriləcək

10.08.2019 18:29:00

Mədəniyyət
İnterpress.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov çıxış edəcək.V.Motsartın əsərləri əsasında xoreoqraf Anjelen Preljokajın quruluşunda hazırlanmış baletin dünya premyerası 1994-cü ildə Parisdə olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2011-ci ildə oynanılıb.Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.İnterpress.az

İnter Press səhifəsindən çap edilib