Dərc edilib: 16-08-2019

https://www.interpress.az/121887-.html

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

16.08.2019 10:58:00

Cəmiyyət
DİM-dən İnterpress.az-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 383, BB qrupu üzrə 1118 olmaqla ümumilikdə 1501 namizəd qeydiyyatdan keçib.Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Bununla yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 151 nəzarətçi‑müəllim, 5 bina nümayəndəsi ayrılıb.Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.İnterpress.az

İnter Press səhifəsindən çap edilib