Dərc edilib: 12-09-2019

https://www.interpress.az/122954-.html

"Qarabağ" klubu UEFA-nın azarkeşlərlə bağlı hesabatında birinci yeri tutub

12.09.2019 15:18:58

İdman
İnterpress.az xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam komandasının hər bir izləyicisinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadır.Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi “Real Madrid”dir – 222 milyon. Bu, 2019-cu ilin iyul ayının göstəricisidir.2018-ci ilin iyunundan 2019-ci ilin müvafiq dövrünə qədər Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klublun sosial şəbəkələrdəki səhifələrində ümumilikdə 8,4 milyard fəaliyyət olub (bəyənmə, şərh, paylaşım).Qeyd edək ki, hesabat hazırlanarkən, “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”dəki göstəricilər nəzərə alınıb.

İnter Press səhifəsindən çap edilib