Dərc edilib: 12-09-2019

https://www.interpress.az/122956-.html

Britaniya ən təhlükəli rus silahlarını açıqladı

12.09.2019 15:45:36

Dünya
Rusiya silahlarının ən təhlükəli formaları “Almaz-Antey” konserninin məhsullarıdır. S-400 zenit raket kompleksi, “Bastion-P” sahil raket kompleksi və “İsgəndər” əməliyyat-taktiki kompleksi.İnterpress.az yerli KİV-ə istinadən bildirir ki, bu sözləri Böyük Britaniya Hərbi Hava Qüvvələri Qərargahı komandanının döyüş hazırlığı və potensialı üzrə müavini Culian Boll söyləyib.Boll bildirir ki, sözügedən sistemlərin yaratdığı təhdid Böyük Britaniyadan müvafiq cavab tədbirləri tələb edir. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün süni intellekt, yeni tip silahlar və təchizatdan istifadə edilməsinə başlanılıb.

İnter Press səhifəsindən çap edilib