Dərc edilib: 09-10-2019

https://www.interpress.az/124134-.html

Abşeronda ər arvadını döyərək öldürüb

09.10.2019 12:28:18

Hadisə
İnterpress.az-ın məlumatına görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.Belə ki, Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.Y.Qurbanov polsi əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib.Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

İnter Press səhifəsindən çap edilib