Dərc edilib: 07-11-2019

https://www.interpress.az/125469-.html

Ölmüş qadının soyuducusundan xəzinə çıxdı

07.11.2019 16:25:24

Dünya
İngiltərədə mərhumun evindən XVI əsrə aid daş-qaş tapılıb. Belə ki, ölən ingilis qadının nəvələri onun evində çox qiymətli əşyalar ola biləcəyini deyiblər. Mənzilə baxış üçün onlar auksionçu Pippa Kidson-Triqqi dəvət ediblər.“Zərgərlik əşyalarını diqqətlə, hər yerdə axtardıq. Nəhayət, soyuducunu açarkən oradan xəzinəni tapdıq. Dondurulmuş ətin yanında 30 min funt (65 min manatdan çox) dəyərində qızıl-zinyət əşyaları var idi”, - deyə ekspert bildirib.Tapılan qızıllar noyabrın 13-də İngiltərənin Suindon şəhərində auksiona çıxarılacaq.

İnter Press səhifəsindən çap edilib