Dərc edilib: 07-12-2019

https://www.interpress.az/126891-.html

Türkmənistan prezidenti 528 nəfəri əfv edib

07.12.2019 16:47:04

Dünya
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 528 nəfər məhbusu əfv edib.İnterpress.az xəbər verir ki, məlumatı Türkmənistanın Dövlət İnformasiya Agentliyi yayıb.Prezident əfv haqda fərmanı ötən gün hökümətin genişləndirilmiş iclasında imzalayıb.Fərmana əsasən, 528 şəxs azadlığa buraxılıb. Cinayəti törətmiş və məhkəmənin qərarı ilə müəyyən edilmiş ərazidə yaşamaq qərarı verilən şəxslərə də əfv fərmanı şamil edilir.İnterpress.az

İnter Press səhifəsindən çap edilib