Dərc edilib: 08-12-2019

https://www.interpress.az/126894-.html

İsmayıllıda dəhşətli qəzada oğlunun öldüyünü zənn edən atanın ürəyi dayandı

08.12.2019 15:39:02

Cəmiyyət
Interpress.az xəbər verir ki, gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolununda baş verən yol qəzasında İsmayıllının Diyallı kənd sakini 1995-cı il təvəllüdlü Abışov Ramal Əliyusif oğlu hadisə yerində ölüb. Qəza nəticəsində İsmayıllı rayon sakinləri - 1977-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu, 1982-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu müxtəlif növ bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Hadisə barədə eşidən yaralılardan birinin qohumu 1965-cı il təvəllüdlü Nağıyev Rəhman Surxay oğlu hadisə zamanı oğlunun öldüyünü zənn edib. Ürək xəstəsi olan R.Nağıyevin səhhəti pisləşib və qəfildən ölüb.Faktla bağlı araşdırma aparılır.

İnter Press səhifəsindən çap edilib