Dərc edilib: 21-01-2020

https://www.interpress.az/128835-.html

“Qarabağ” dünyanın ən yaxşı futbol klubları SİYAHISINDA

21.01.2020 15:02:54

İdman
Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.İnterpress.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.Cədvəldə Azərbaycanın ən yaxşı komandası “Qarabağ”dır. “Köhlən  atlar” ötən illə müqayisədə, 57 pillə irəliləyərək, 144 xalla dünyanın 80-ci komandasıdır.Siyahıda yer alan digər Azərbaycan klubu “Neftçi” 221-ci pillədə qərarlaşıb. Onun aktivində 90 xal var.Siyahıda birinci yeri İngiltərənin “Liverpul”, ikinci yeri İspaniyanın “Barcelona”, üçüncü yeri İngiltərənin “Mançester Siti” klubu tutub.İnterpress.az

İnter Press səhifəsindən çap edilib