Dərc edilib: 21-01-2020

https://www.interpress.az/128836-.html

Bakıda xəstəxanada iki yaşlı uşağı qarət edən şəxs ələ keçdi

21.01.2020 15:07:09

Cəmiyyət
Bakı metrosunda qadınlardan oğurluq edən şəxs tutulub.İnterpress.az xəbərinə görə, hadisə yanvarın 19-da saat 19:30 radələrində, metronun “İnşaatçılar” stansiyasında qatarda qeydə alınıb.Belə ki, naməlum şəxs paytaxt sakini N.Həmidovanın cibindən mobil telefonunu qeyri-aşkar şəraitdə oğurlayıb.Daha sonra N.Həmidova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Bakı Metropolitenində Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Əliyev tutulub.Araşdırmalar nəticəsində müəyyən olunub ki, E.Əliyev həmin gün 14:30 radələrində metronun “28 May” stansiyasında 1982-ci il təvəllüdlü X.Abudovanın da mobil telefonunu oğurlayıb.Bundan başqa, bir neçə gün əvvəl onun K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) iki yaşlı uşağın əlində olan mobil telefonu da oğurladığı müəyyənləşib.Faktla bağlı araşdırmalar aparılır, E.Əliyevin digər əməlləri də istisna edilmir.İnterpress.az

İnter Press səhifəsindən çap edilib