Dərc edilib: 21-01-2020

https://www.interpress.az/128844-.html

Təyyarədə sərnişin öldü, təcili eniş etdi

21.01.2020 15:57:58

Dünya
Rusiyanın Moskva şəhərindən havaya qalxan təyyarə təcili eniş edib.“RİA Novosti”nin xəbərinə görə, Moskvadan Cənubi Saxalinə gedən təyyarədə sərnişin özünü pis hiss edib.Bununla əlaqədar olaraq, təyyarə təcili Kazan hava limanına enmək məcburiyyətində qalıb.Ürək tutması baş verən sərnişinə göyərtədə yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Tatarıstan Səhiyyə İdarəsindən hadisə yerinə gedən tibbi yardım işçilərinin ölüm faktını qeyd etdikləri bildirilir.Bundan sonra təyyarə Kazan hava limanından Cənubi Saxalinə uçuşu davam etdirib.İnterpress.az

İnter Press səhifəsindən çap edilib