Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Naxçıvanda yaşıllıq ərazilər 0,6 faizdən 20 faizə çatıb

Əgər 1995-ci ildə yaşıllıqlar muxtar respublikanın ümumi ərazinin 0,6 faizini təşkil edirdisə, bu gün həmin rəqəm 20 faizə çatıb. Bu, muxtar respublikada təşkil olunan iməciliklərin, həyata keçirilən nümunəvi ekoloji siyasətin nəticəsidir.

Dərc edilib: 12 iyul 2019 [17:01]
Baxış sayı: 5856

İnterpress.az xəbər verir ki, bu və digər faktlar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında səsləndirilib.

İclasda çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev deyib ki, görülən məqsədyönlü işlər uğurla davam etdirilir. Belə ki, bu ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 317,2 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Ümumilikdə, 144 min meyvə, meşə, həmişəyaşıl, üzüm tingi, bəzək və gül kolları əkilib.

“Muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara olan tələbat nazirlik tərəfindən təmin edilib”, - deyən Mayis Əliyev qeyd edib ki, torpaq-iqlim şəraitinə uyğunlaşması, mürəkkəb relyefli ərazilərdə səmərəliliyi əsas götürülərək müəyyən sahələrdə 132 hektarda toxumla əkin aparılıb, 1200 kiloqram həmərsin, yemişan, badamça, iydə toxumları əkilib.

Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində yaz mövsümündə 8,6 hektarı üzüm olmaqla, 105 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salınıb. “Ailə təsərrüfatları ili” elan edilmiş bu ilin birinci yarısında meyvə bağlarının əkilməsi ilə məşğul olan ailə təsərrüfatlarının yaradılmasına kömək göstərilib. Əlverişli şəraitin və göstərilən dövlət qayğısının nəticəsidir ki, yeni yaradılan 13 ailə təsərrüfatı tərəfindən, ümumilikdə, 19,8 hektar sahədə meyvə və üzüm bağları salınıb.

Bildirilib ki, muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara tələbatın davamlı təmin edilməsi məqsədilə 2,7 hektardan çox ərazidə toxum səpini və qələm kökləndirmə işləri icra olunub, 35 min üzüm, 39 min iydə qələmləri əkilib. Mövsüm ərzində bərpa işlərinin aparılması məqsədilə 5 mindən çox dibçəkdə ting yetişdirilib. Həmçinin 15 kiloqramdan çox tut, 500 kiloqram ərik toxumu tədarük olunub.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə hazırlanmış tədbirlər planı çərçivəsində “Ekoloji könüllülər” layihəsinə start verilib, gənclərin təbiət ərazilərinə ekskursiyaları təşkil edilib. Eyni zamanda, startapların hazırlanması üçün nazirlikdə ekspert qrupu yaradılıb, Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşlər keçirilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 143