Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu il 98 tələb üzrə kompensasiya icraatı başa çataraq ödənişlər edilib - İcbari Sığorta Bürosu

Cari ilin 6 ayında İcbari Sığorta Bürosunun (İSB) icraatına qəbul edilmiş 174 kompensasiya tələbindən 98 tələb üzrə kompensasiya icraatı başa çataraq qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənişləri verilib.

Dərc edilib: 12 iyul 2019 [18:04]
Baxış sayı: 11936

İSB-dan İnterpress.az-a bildirilib ki, həmçinin 40 kompensasiya tələbi üzrə icraat 2018-ci ildə başlansa da, ödənişlər bu il edilib.

Hesabat dövründə 5 ölüm halına görə 138 min manat, 18 ağır dərəcəli xəsarət halına görə 28 min 380 manat, 31 az ağır xəsarət halına görə 43 min 703,32 manat, 4 halda əlillik dərəcəsinə görə 11 min 500 manat, 10 halda yüngül dərəcəli xəsarətə görə 6 min 416,67 manat kompensasiya ödənişi verilib. Ümumilikdə, zərərçəkən və üçüncü şəxslərə cəmi 227 min 999,99 manat kompensasiya ödənişi olunub. 25 kompensasiya tələbi üzrə ödənişin verilməsindən imtina edilib, 51 tələb isə baxılma mərhələsindədir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölüm halları ilə bağlı ödənişlərdə 41 faiz, şəxsin az ağır xəsarət alması halında 18,7 faiz, əlillik dərəcəsi alması halında 34,3 faiz, yüngül dərəcəli xəsarət alması halında 21 faiz azalma, ağır xəsarət alması halında isə 75 faiz artım qeydə alınıb.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar inteqrasiyanın tamamlanması nəticəsində cari ildə sığortalı avtomobillərin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Sığortalı avtomobillərin sayında qeydə alınan artım kompensasiya ödənişləri ilə bağlı halların azalmasına səbəb olub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201