Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Park” baleti nümayiş etdiriləcək

Oktyabrın 3-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Park” baleti nümayiş etdiriləcək.

Dərc edilib: 10 avqust 2019 [18:29]
Baxış sayı: 4623

İnterpress.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov çıxış edəcək.

V.Motsartın əsərləri əsasında xoreoqraf Anjelen Preljokajın quruluşunda hazırlanmış baletin dünya premyerası 1994-cü ildə Parisdə olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2011-ci ildə oynanılıb.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164