| |||||
NASA-da illik ən yüksək əməkhaqqı məlum olub | |||||
NASA-da illik ən yüksək əməkhaqqı təqribən 155 min dollara (ayda təqribən 13 min dollar) çatır. |
|||||
|
|||||
![]() İnterpress.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NASA-nın Beynəlxalq Kosmik Stansiyaya (BKS) illik ekspedisiyaya gedən sabiq astronavtı Skott Kelli deyib. "Mövcud şəbəkəyə əsasən, NASA astronavtları ən yaxşı halda GS-15 federal işçi dərəcəsinə iddia edə bilərlər ki, bu da hərbidə polkovnik və ya dəniz kapitanı rütbəsinə bərabərdir. Bu mövqelərdə illik əməkhaqqı təqribən 155 min dollardır", — deyə o bildirib. Astronavt NASA-nı 2016-cı ildə BKS-ya ekspedisiya da daxil olmaqla, fəzaya 4 uçuş etdikdən sonra tərk edib. İnterpress.az[i][/i] |
|||||
|
|||||
|