| |||||
Yeddi ayda 9,5 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib | |||||
Yanvar-iyul aylarında Azərbaycandan 19 milyon 554 min 245 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. |
|||||
|
|||||
![]() Yeddi ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 9 milyard 541 milyon 342 min ABŞ dolları olub. İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Xatırladaq ki, ötən ilin 7 ayında ölkədən 16 milyon 658 min 927 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 8 milyard 676 milyon 292 min dollar təşkil etmişdi. İnterpress.az |
|||||
|
|||||
|