Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir - FOTOLAR

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir.

Dərc edilib: 12 sentyabr 2019 [11:41]
Baxış sayı: 2242

12-13 sentyabr tarixlərində Park İnn oteldə keçirilməsi nəzərdə tutulan, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən bu mötəbər tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıb. Tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edir.Tədbirdən öncə mətbuat nümayəndələri qarşısında çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətini vurğulayıb, beynəlxlaq toplantının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu assosiasiya 1992-ci ildə yaradılıb, ABŞ-ın müəyyən ştatlarında, Türkiyənin, Hindistanın, Banqladeşin, Zimbabvenin, Kenya və Makedoniyanın jurnalistləri belə bir qurum yaradıblar. O vaxdan indiyə kimi həmin ölkələrdə təbirlər keçirilir, dünyada mətbuat azadlığının durumuna dair hesabatlar dinlənilir,jurnalistlərin qarşılaşdığı problemlər, onların informasiya əldə etməsi ilə bağlı təkliflər səslənir. O cümlədən dünyada medianın inkişaf meylləri müzakirə olunur və tendensiyalar öyrənilir. Bu gün iştirak edən ölkələrin söz azadlığına dair hesabatları dinləniləcək, sabah isə saat 11-də ekstremal vəziyyətdə jurnalist fəaliyyətinə dair geniş müzakirələr dinləniləcək. Hindistandan, İraqdan və digər ölkələrdən olan məruzəçilər çıxış edəcəklər. Günün ikinci yarısında isə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası yenidən öz işini davam etdirəcək. Artıq qonaqların əksrəiyyəti iki gündür ki, Azərbaycandadır. Onların çalışdığı mətbuat orqanlarında Azərbaycanla bağlı kifayət qədər məlumatlar yer alıb. Onların Azərbaycanla bağlı təsəvvürləri genişlənib, ölkəmizdə necə əminamanlıq olduğunu dilə gətirirlər. Mən əminəm ki, 40-a yaxın jurnalist öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı yazılar dərc edəcək”.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilarların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış etməsi gözlənilir.

Mövcud sahədəki tendensiylarla bağlı fikir mübadiləsi aparılacağı toplantıda həmçinin, ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin getməsi də nəzərdə tutulur.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir - FOTOLAR

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir - FOTOLAR

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir - FOTOLAR

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir - FOTOLAR

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir - FOTOLAR

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir - FOTOLAR






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179