Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Netanyahudan iddia Rusiyanın gələcəyi üçün əsas təhlükə radikal İslamdır

.Putinlə görüş öncəsi Netanyahudan iddia

Dərc edilib: 12 sentyabr 2019 [13:34]
Baxış sayı: 1566

İnterpress.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri İsrail Benyamin Netanyahu RBK nəşrinə müsahibəsində deyib.

Siyasətçi qeyd edib ki, nüvə silahını almağa və Yaxın Şərqi özünə tabe etməyə çalışan İrandan gələn şiə radikal islamı özündə ən böyük şəri daşıyır.

“Yekunda o öz ideologiyasını və silahlarını təkcə İsrail və Qərbə deyil, həmçinin Rusiyaya yönəldəcək. Çünki o bizim ortaq mədəniyyətimizə qarşıdır və dünyanı idarə etmək istəyir. Hökmranlıq üçün irrasional cəhd bütün bəşəriyyəti hədələyir”, - Netanyahu bildirib.

Siyasətçi Rusiya və İranın münasibətlərini qiymətləndirərək qeyd edib ki, iki ölkənin mövqeləri bəzən uyğun gələ bilər, amma həmişə və tamamilə deyil.

Qeyd edək ki, Netahyahu sentyabrın 12-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Bu, baş nazirin Rusiyaya bir il ərzində üçüncü səfəridir. Liderlər Suriya başqa olmaqla, beynəlxalq çağırışın bır sıra mövzularını müzakirə edəcəklər.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179