Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İndoneziyanın təhlükəsizlik nazirinə bıçaqla hücum edilib

İndoneziyanın siyasi işlər və təhlükəsizlik naziri Viranto Banten vilayətinə işgüzar səfəri zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.

Dərc edilib: 10 oktyabr 2019 [12:10]
Baxış sayı: 1020

Bu barədə İnterpress.az "The Jakarta Post"a istinadən xəbər verir.

Hücum nəticəsində nazir yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Hücum zamanı həmçinin yerli polis rəisi də yaralanıb.

Bildirilib ki, hücum nazirin yerli universitetin açılışında iştirak etməsindən sonra baş verib. Naməlum şəxs Viranto Banten maşına minən zaman ona hücum etməyə çalışıb.

Hücum faktı ilə əlaqədar artıq bir kişi və bir qadın həbs olunub.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188