Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanın Müdafiə naziri Pakistana rəsmi səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.

Dərc edilib: 20 mart 2019 [12:50]
Baxış sayı: 10898

İnterPress.az-ın Müdafiə Nazirliyinə istiandən verdiyi məlumata səasən, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 100