Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ABŞ-da naməlum şəxs kafedə atəş açıb, ölən var

ABŞ-ın San Dieqo şəhərində silahlı insident baş verib.

Dərc edilib: 7 noyabr 2019 [11:42]
Baxış sayı: 1471

ABŞ-ın San Dieqo şəhərində silahlı insident baş verib.

İnterpress.az Rusiya KİV-inə istinadən xəbər verir ki, dünən gecə kafelərdən birində yaşanan olay zamanı naməlum şəxsin atəş açması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yerli polisin məlumatına görə, atəş açan kişi əvvəlcə saxta 100 dollarlıq əskinasla yemək almağa çalışıb, lakin sonra kafeni tərk edib. Bir neçə dəqiqədən sonra geri qayıtdıqda isə o, kafe işçilərinə atəş açmağa başlayıb.

Polis hücum edən şəxsin təxminən 30 yaşlı qaradərili kişi olduğunu müəyyənləşdirib. Hazırda onun axtarışları davam etdirilir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201