Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rüfət Dadaşov: "Vulverhempton" qardaşımla boşuna müqavilə bağlamayıb"

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov AVRO-2020-nin seçmə mərhələsinin oyunları haqda “Liga3 Online” portalına müsahibə verib.

Dərc edilib: 19 oktyabr 2019 [12:01]
Baxış sayı: 1600

“Xorvatiya, Macarıstan, Slovakiya və Uelsin yer aldığı çətin qrupumuz var. Ancaq son matçlarda rəqiblərimizdən geri qalmadıq, məğlubiyyətlər minimal hesablı oldu. Vitse-çempion Xorvatiya ilə 1:1 hesablı heç-heçə önəmli nəticədir. Kiçik futbol ölkəsi kimi hər bir məqamı səbrsizliklə gözləyirik”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov AVRO-2020-nin seçmə mərhələsinin oyunları haqda “Liga3 Online” portalına müsahibəsində deyib.

Almaniyanın “Proyssen” klubunun formasını geyinən forvard son matçlarda daha çox ehtiyatda qalmasına da münasibət bildirib: “Əlbəttə, meydanda daha çox vaxt keçirmək istərdim. Üstəlik, biz bir hücumçu ilə müdafiə futbolu oynayırıq. Ona görə də çox vaxt əsas heyətdə mənə yer tapılmır. Ancaq oynamaq üçün hər şey etməyə hazıram. Bəhreyni 3:2 hesabı ilə məğlub etdiyimiz oyunda nəyə qadir olduğumu göstərdim və qol vurdum”.

32 yaşlı forvard Azərbaycan millisində qardaşı Renat Dadaşovla birgə çıxış etməyin onun üçün qürurverici olduğunu söyləyib. O, özü kimi hücumçu olan kiçik qardaşının İngiltərə təmsilçisi “Vulverhempton”a transferindən də danışıb: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil. Onunla görüşə bilmədiyimiz üçün yığmanın heyətində birgə olmağımız ikiqat xoşdur. Renatın böyük potensialı var və düşüncə olaraq da artıq böyüyüb. O, yeniyetmə yaşlarındakı səhvlərindən dərs çıxarıb və indi daha intizamlıdır. İngiltərə Premyer Liqasında çıxış edən klub onunla boşuna müqavilə bağlamayıb. Ona peşəkar karyerasında inanıram. Bütün ailəmiz onu dəstəkləyir”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201