Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İran polisi 1 ton 440 kiloqram narkotik vasitə müsadirə edib

İranın Semnan vilayəti ilə Tehran şəhərinin polis idarələrinin birgə keçirdikləri əməliyyat nəticəsində 1 ton 440 kiloqram narkotik vasitə müsadirə edilib.

Dərc edilib: 31 avqust 2019 [14:03]
Baxış sayı: 3264

İnterpress.az xəbər verir ki, qaçaqmalçılıq yolu ilə İrana keçirilən 1 ton 440 kiloqram narkotik vasitə Semnandan Tehrana gətirilərkən müsadirə olunub. Semnan vilayətinin polis idarəsinin rəisi Abdullah Həsəni mətbuata bildirib ki, külli miqdarda narkotik vasitənin Əfqanıstandan İrana keçirilməsi haqqında məlumat daxil olub. Lakin qaçaqmalçılar dərhal həbs olunmayıb. Onlar Tehrana qədər izlənilib. Polis qaçaqmalçıları izləməklə alıcıları da müəyyən edib.

Rəis bildirib ki, qaçaqmalçıların “Peugeot” markalı avtomobili Tehranda saxlanılıb və baxış keçirilib. Aşkar edilən narkotik vasitə müsadirə edilib. Sürücü və maşındakı digər 2 nəfər həbs olunub. Hazırda istintaq aparılır. (azərtac)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179