Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İran iki gün ərzində 20 faizədək təmizlənmiş uran əldə edə bilər

İran iki gün ərzində 20 faiz səviyyəsində uranın təmizlənməsinə nail ola bilər.

Dərc edilib: 3 sentyabr 2019 [23:37]
Baxış sayı: 4699

İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İran Nüvə Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bildirib.

20 faizlik uran nüvə silahı istehsalı üçün zəruri olan 90 faizlik təmizlənməyə çatmaq üçün ara mərhələ hesab olunur.

2015-ci ildə İranla altı vasitəçi ölkə olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya tərəfindən İran nüvə proqramına dair qəbul olunmuş Müştərək Əhatəli Plan İranın 15 il ərzində uranı 3,67 faizədək təmizləyəcəyini, təmizlənmiş uran ehtiyatının 300 kiloqramdan artıq olmayacağını, artıq miqdarının isə bazar qiymətinə satılaraq uran filizi müqabilində ixrac olunacağını nəzərdə tuturdu.

ABŞ bu razılaşmanı ötən ilin may ayında birtərəfli qaydada çıxaraq İrana qarşı sanksiyalar tətbiq edib. Bundan 12 ay sonra İran hökuməti də ABŞ-ın sözügedən addımına cavab olaraq planın bir sıra müddəalarından çəkildiklərini açıqlayıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201