Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Amaliya Pənahovanın abidəsi ucaldılıb

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

Dərc edilib: 7 noyabr 2019 [15:19]
Baxış sayı: 1052

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

İnterpress.az-ın xəbərinə görə, məzarüstü abidə "Qurd qapısı" qəbiristanlığında qoyulub.

Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib.

A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201