Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Beylin agenti Zidana söz atdı: Fəxr etməlidir ki...

Fakt və statistika onu göstərir ki, Beylin meydanda olduğu oyunlarda “Real”ın qələbə şansı daha çoxdur.

Dərc edilib: 6 dekabr 2019 [11:38]
Baxış sayı: 4133

Fakt və statistika onu göstərir ki, Beylin meydanda olduğu oyunlarda “Real”ın qələbə şansı daha çoxdur.

AS xəbər verir ki, bu sözləri  “Real Madrid”in futbolçusu Qaret Beylin agenti Conatan Barnet deyib.

Barnet müştərisinin komandadakı hazırkı vəziyyəti, baş məşqçi Zinəddin Zidanla Beyl arasındakı narazılıq və Zidanın yay transfer mövsümündə Beyli komandasında görmək istəməməsi barədə açıqlamalarından danışıb.

Barnetin sözlərinə görə, futbolçu özü də düşdüyü vəziyyətdən razı deyil. Lakin hələlik “Real”la müqaviləsi başa çatmayan futbolçu bütün gücü ilə oynamağa çalışır.

“Heç kim Qareti oyuna 100 faiz gücünü qoymadığına görə günahlandıra bilməz. O, dünyanın ən güclü oyunçularından biridir. Məşqçi komandasında bu cür futbolçu çıxış etdiyi üçün xoşbəxt olmalı və fəxr etməlidir”, - Barnet bildirib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 218