Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda “Nazlı” ləqəbli narkotacir ələ keçdi - FOTO

Sabunçuda içərisində qadın narkotacir də olan şəxslərə qarşı əməliyyat keçirilib.

Dərc edilib: 18 yanvar 2020 [15:26]
Baxış sayı: 25601

Sabunçuda içərisində qadın narkotacir də olan şəxslərə qarşı əməliyyat keçirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində “Nazlı” kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayevə tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqranm 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayevə narkoik vasitələrin satışı ilə məşğul oluduğunu etiraf edib.

Sabunçu RPİ əməkdaşları tərəfindən narkotiklərə qarşı daha bir uğurlu  əməliyyat tədbiri həyata keçirilib. Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi “Mersedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər tərəfindən saxla işarəsi verilib. Amma o, polisin tələbinə məhəl qoymaraq qaçmağa cəhd göstərib. Sabunçu RPİ-nin əməkdaşlarının çevikliyi sayəsində Z.Ağayev saxlanılıb və onun idarə etdiyi avtobilə baxış zamanı 3 kiloqram 110,562 qram qurudulmuş marixuana və 1 kiloqram 70 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda “Nazlı” ləqəbli narkotacir ələ keçdi - FOTO

Bakıda “Nazlı” ləqəbli narkotacir ələ keçdi - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 228